Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-də Ana Dili Günü qeyd olunub

20.02.2024

20 fevral 2024-cü il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Saf və zəngin olan dilimizi qorumaq müqəddəs borcumuzdur” adlı dəyirmi masa keçirib. Tədbirdə BDU-nun Qazax filialının və Qazax Sosial İqtisad kollecinin tələbələri, bir qrup kitabxana əməkdaşı iştirak edib. Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova əsrlərin sınağındam, təziqindən uğurla çıxan, milli varlığımız, milli kimliyimiz olan Ana dilimiz haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının Dövlət dili olan Ana dilimizin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, dil siyasətindən və bu gün də tarix yazan Sərkərdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli - mənəvi dəyərimiz olaraq onun qorunmasına, inkişafına göstərilən böyük qayğıdan söhbət açıb. 

Tədbir iştirakçısı olan tələbələr çıxışlarında milli dilimizin inkişafı, qorunub saxlanılması təkcə dövlət qanunları ilə deyil, hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd ediblər. “Dilimiz milli varlığımızdır” adlı sərgi ətrafında maraqlı fikir mübadiləsi aparılıb.