21.02.2024
Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə 21.02.2024-cü il tarixdə “Mənim ana dilim” başlığı altında tədbir təşkil edib. Kitabxananın əməkdaşı Şəbnəm Abdullayeva bildirib ki, mənim ana dilim Azərbaycan dilidir, doğma respublikamızın dövlət dilidir. Mənim ana dilim poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir. Mənim ana dilim dosta məhəbbət, düşmənə nifrət dilidir. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.İştirakçılar tərtib edilmiş sərgiyə baxış keçirib.