Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir

21.02.2024

21 fevral 2024-cü il tarixində Gədəbəy rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Ana Dili Günü münasibəti ilə "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir" başlıqlı tədbir keçirildi.

Tədbirdə qeyd edildi ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabrın tarixində keçirilən Başkonfransının 30-cu sensiyasında təhsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub və saxlamaq üçün qeyd edilir. Tədbirdən Gədəbəy rayon Mədəniyyət Mərkəzinin metodistləri Şamilov Arzu və Allahverdiyeva Pərvin, Bədii Qiraət dərnəyinin üzvləri " Ana dilim ölən deyil","Ana dilim bal kimi" şeirlərini səsləndirdilər.Sonda Mədəniyyət Mərkəzinin direktoru Elmira xanım Hacıyeva çıxış edərək bildirdi ki,hər kəs öz doğma dilinin varlığını hiss etməli,onunla qürur duymalıdır.Dil ünsiyyət vasitəsidir,millətin simasını səciyyələndirən amillərdən biri,bəlkə də birincisidir.