22.02.2024
Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi XX əsrin ən dəhsətli faciəsi 26 Fevral Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar olaraq 22.02.2024-cü il tarixdə “Qan yaddaşımız” başlığı altında tədbir təşkil edib. Kitabxananın əməkdaşı Leyla Məhəmmədli bildirib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımına aid videoçarx izlənilib, “Qan yaddaşımız” adlı sərgiyə baxış keçirilib.