21.02.2024
21 fevral 2024-cü il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili günü əlaqədar “Ana dili Azərbaycan xalqının ən böyük milli sərvətidir” adlı tədbir keçirilmişdir. İlk öncə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Sevər Tağıyeva, MKS-nin əməkdaşları Şöhrət Yusubova və Təranə Nəbiyeva çıxış edərək bildiriblər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Bütün dünya dövlətlərində olduğu kimi 21 Fevral - Beynəlxalq Ana Dili Günü ölkəmizdə də qeyd olunur.