21.02.2024
21 fevral 2024-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə rəsm dərnək şagirdlərinin iştirakı ilə “Ana dili xalqlmızın mənəvi beşiyidir” başlıqlı dəyirmi masa keçirildi. Qalereyanın əməkdaşı Aynurə Abdullayeva şagirlərə bu günün tarixi haqqında məlumat verərək bildirib ki, Beynəlxalq Ana Dili Günü hər kəsə doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. Ana dilimiz torpağımız kimi göz bəbəyimiz kimi qoruyacağımız ən ali dəyərimizdir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.