17.02.2024
Xalqımızın qədim adətlərindən biri də baharın ilk müjdəçisi olan Xıdır Nəbi bayramıdır. Bu bayram ta qədimdən ölkəmizin müxtəlif bölgələrində mütəmadi qeyd edilir. Bayramın keçirilmə vaxtı da müxtəlifdir, bəzi yerlərdə böyük çilləylə kiçik çillənin arasında, bəzən kiçik çillənin yarısında, daha dəqiqi, kiçik çillənin ikinici cümə günü keçirilir.
Fevralın 16-da Qazaxda rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Xıdır Nəbi bayram şənliyi keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, idarənin məsul əməkdaşları və Qazax rayon mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edib.
Şənlikdə rəqs qruplarının rəngarəng rəqsləri, Xıdır Nəbi ilə bağlı el tamaşalarından parçalar, hakıştalar alqışlarla qarşılanıb.
Masaları bu bayramın atributları olan qovurğa, şirniyyatlar bəzəyən şənlikdə iştirakçılar əl-ələ verib qara zurnanın müşayəti ilə Yallı gediblər.
İdarə rəisi Nurəddin Mehdiyev bu ənənənin yaşaması üçün ildən-ilə daha çox iş görmək və bu bayramı ümummilli festivala çevirməyi vac
ib bilib.