Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı

12.02.2024

12 fevral 2024-cü il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” adlı tədbir keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Şöbə müdiri Bəsti Məmmədova mövzu ətrafında məlumatında bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 21 noyabr 2023-cü ildə “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu mühüm Sərəncam öz qədim tarixi,strateji əhəmiyyəti ilə seçilən qeyrət və qürur qalası, Qarabağ xanlığının paytaxtı Şuşanın ölkəmiz üçün dəyərli, qiymətli olduğunun bir daha sübutudur. 2020-ci il noyabr ayının 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən unikal döyüş taktikası ilə tarixə yazılan döyüş üsulu ilə Şuşa düşməndən azad edildi, İsa bulağı doğmalarına qovuşdu, Qarabağın döyünən ürəyində-Cıdır düzündə “Xarı Bülbül” musiqi festivalı keçirildi, Müzəffər Ali Baş Komandanın iradəsi və rəhbərliyi ilə Şuşa dirçəldildi.

Çıxış edən tələbələr unikal görünüşü, ecazkar təbiəti ilə seçilən Şuşanın tarixi haqqında fikirlərini bildirib, Şuşanın ədəbiyyatımıza, mədəniyyətimizə bəxş etdiyi görkəmli şəxsiyyətlərin həyatından epizodlar söyləyiblər. Mövzuya həsr olunmuş sərgi ətrafında Şuşanın tarixinə həsr olunmuş materiallarla yaxından tanış olublar.