Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa şəhidi Mahmud Fərman oğlu Əhmədovun ev muzeyi ziyarət olunub

13.02.2024

13 fevral 2024-cü il tarixində Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyi və Hüseyn Arif ev muzeyi əməkdaşları Mahmud Fərman oğlu Əhmədovun ev muzeyini ziyarət etdilər. Mahmud Əhmədov 1989-cu il avqustun 2-də Ağstafa şəhərində anadan olub, əvvəlcə Asif Abdullayev adına Ağstafa şəhər 2 saylı məktəbdə, sonra Texniki Humanitar təmayüllü liseydə təhsil alıb. Sonra hərbi xidmətə yola düşüb, əsgərliyi başa vurduqdan sonra öz istəyi ilə müddətdən artıq hərbi xidmətə başlayıb. Bir müddət Şəmkirdə, Qırılı kəndində, N saylı hərbi hissədə xidmət göstərib. Oradan isə Mingəçevirə ezam olunub. 2013- cü ildə"Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı ilə təltif olunub. Aprel döyüşlərdə iştirak edib, 2018-ci ildə 3- cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə qoşulub, Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb, Bərdə rayon xəstəxanasında müalicə alsa da, müalicəni yarımçıq qoyub. Noyabrın 3-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Mahmud Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.