13.02.2024
Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır Nəbi və ya Xıdır, Xıdır İlyas adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur,Xızır peyğəmbərlə eyniləşdirilir.Bu bayram tarixən kiçik çillənin hökm sürdüyü ərəfədə, təqribən fevralın 9-11-ci günlərində keçirilir. Deyilənlərə görə hər rayonunun öz iqlimi olduğu üçün və Gədəbəydə bu bayram "Xəbər gətirən və ya Xəbərçi" adlanan çərşənbədən əvvəl qeyd olunur.
Fevralın 13-də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin təşəbbüsü ilə Gədəbəy rayonunun Novosaratovka kəndində milli adət-ənənələrimizin təbliği məqsədilə Xıdır Nəbi bayramı yüksək təntənə ilə qeyd olunub.
Yüksək əhval-ruhiyyə ilə keçən bayram tədbirində şənlik iştirakçıları əl-ələ verərək,musiqi sədaları altında yallı gedib, rəqs ediblər.Tədbir boyu ifa olunan musiqi nömrələri, söylənilən şeir və hakıştalar da izləyicilərdə xoş təəssüratlar yaradıb
.