Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azad Azərbaycan sevdalı Dövlət Xadimi

31.01.2024

31 yanvar 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə əlaqədar olaraq “Azad Azərbaycan sevdalı Dövlət Xadimi” adlı dəyirmi masa keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Şöbə müdirləri görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında xüsusi xidmətlər göstərmiş azad Azərbaycan sevdalı Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 30 dekabr 2023-cü il tarixli “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamında Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda müstəqillik ideyalarının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyət olduğu göstərilib.

Eyni zamanda M. Ə. Rəsulzadə Azərbaycanın istiqlal mübarizəsində, milli müstəqillik, azadlıq duyğuları ilə yaşayan xalqın nümayəndəsi kimiMüsəlman Şərqində ilk parlamentli respublika olanAzərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olaraq “Sən bizimsən, bizimsən durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey, şanlı Azərbaycan!” sözləri ilə azadlıq tariximizə həkk olunub.

Tədbirdə çıxış edən tələbələr milli müstəqillik, azadlıq duyğuları ilə yaşayanlardan biri olan Məhəmməd Əmin Rəsulzadənin bütün Şərqə nümunə olan dövlət quruculuğundakı böyük xidmətlərindən bəhs edib, Onun dillər əzbəri olan “Bir kərə yüksələn bayraq bir daha enməz!”şüarının əbədi yaşayacağını qeyd ediblər.