Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda Xıdır Nəbi bayramı təntənəli şəkildə qeyd olundu

10.02.2024

Türksoylu xalqların mifik düşüncəsində təbiətin oyanışını müjdələyən, yazın, yaşıllığın səbirsizliklə gözlənilməsini tərənnüm edən, bolluq, bərəkət, firavanlıq inanclarının rəmzi kimi uzun əsrlər boyu yurdumuzda keçirilən bayramlardan biri “Yazağzı Xızır”, “Xıdır Nəbi”, “Xıdır İlyas”, yaxud “Qışyarısı” bayramıdır. “Xıdır Nəbi” yazın, yaşıllığın müjdəsi anlamındadır. Bu bayram tarixən əsasən kiçik çillənin hökm sürdüyü ərəfədə, təqribən fevralın 9-11-ci günlərində keçirilir.

 

Fevralın 10-da Tovuzun Yuxarı Öysüzlü kəndində milli adət-ənənələrimizin təbliği məqsədilə Xıdır Nəbi bayramı yüksək təntənə ilə qeyd olunub. 

 

Böyük coşqu ilə keçən bayram tədbirində məclis iştirakçıları əl-ələ verərək, musiqi sədaları altında yallı gedib, rəqs ediblər. Tədbir boyu göstərilən kiçik tamaşa parçaları, söylənilən şeir və hakıştalar da izləyicilərdə xoş təəssüratlar yaradıb

.