31.01.2024
31 yanvar 2024-cü il tarixdə Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə əlaqədar olaraq" Azərbaycan Xalq Cumhuriyyəti- Vətənə sevdalı” adlı dəyirmi masa keçirib. Tədbirdə iki nəfər tarix sevənlər, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Tədbirdə Azərbaycan sevdalı Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamında Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda müstəqillik ideyalarının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyət olduğu bildirilib.