02.02.2024
Fevralın 2-də Tovuz rayon Heydər Əliyev Mərkəzinin, Tovuz rayon Mərkəzi kitabxananın, Tarix-diyarşünaslıq Muzeyinin və Tovuz Peşə liseyinin birgə təşkilatçılığı ilə Gənclər Günü ilə əlaqədar "Gənclikdir vətənimin yanan çırağı" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə çıxış edənlər bu gün münasibəti ilə gəncləri təbrik edib, onlara xoş arzularını çatdırıblar. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında müsbət istiqamətdə öz təsdiqini tapır və Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Tədbirdə çıxış edən gənclər dövlət tərəfindən hər sahədə onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
.