02.02.2024
2 fevral 2024- cü il tarixində Gədəbəy rayon Mədəniyyət Mərkəzi, Gədəbəy rayon Mərkəzi Kitabxana Sistemi, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları birlikdə MİHİ- nin Gədəbəy rayon komitəsinin dəstəyi ilə 2 Fevral Gənclər Günü münasibəti ilə Gədəbəy rayon H.Əliyev Mərkəzində dəyirmi masa təşkil edildi. Tədbirdə qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin 1997- ci il fevralın 2- də imzaladığı Fərmana əsasən hər il fevralın 2- si Azərbaycan Gəncləri Günü elan edilib. Bu münasibətlə MM- in direktoru E.Hacıyeva, MİHİ- nin Gədəbəy komitəsinin sədri Sona Verdiyeva, MKS- nin direktor müavini E.Eyvazlı gəncləri təbrik edib, onlara uğurlar arzuladılar. Sonra fəal gənclərə Fəxri Fərmanlar təqdim olundu.