05.02.2024
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunda mədəniyyət sahəsində çalışan seçicilərlə görüş keçirilib.
Görüşün əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşviqat qrupunun üzvu Sahibə Əmiraslanova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən etibarən bütün sahələrdə inkişafın təmin edilməsi üçün yerində, lazımi addımlar atmış, Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başlamışdır. Bu gün onun rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək naminə YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.