Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsanlara hürriyyət, millətlərə istiqlal

31.01.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətlə imzaladığı Sərəncamla əlaqədar olaraq 31.01.2024-cü il tarixdə "İnsanlara hürriyyət, millətlərə istiqlal" adlı tədbir təşkil edib.Kitabxananın əməkdaşı Nərgiz Rzayeva tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Məhəmməd Əmin Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi- ictimai fikir tariximizə layiqli töhfələr vermişdir. Digər çıxış edənlər də Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsinin Azərbaycanın ictimai fikir tarixində xüsusi yeri olduğunu bildiriblər. Onun həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib.Daha sonra mövzu ilə bağlı tərtib olunmuş kitab sərgisinə baxış keçirilib.