Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qanlı yanvar gecəsi

18.01.2024

Yanvarın 18- də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində 20 Yanvar- Ümumxalq Hüzn günü ilə bağlı " Qanlı yanvar gecəsi" adlı tədbir təşkil olunub. İlk öncə məktəbin tədris hissə müdiri Mahirə Vəliyeva çıxış edərək bildirib ki, Bu gün qanlı yanvar faciəsindən 34 il ötür. Sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 34 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır, vətənin azadlığı və suverenliyi uğrunda canından keçən oğul və qızları dərin ehtiramla yad edir. Daha sonra qeyd edib ki, Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsini, sarsılmazlığını, mətnliyini göstərdi.