Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nitq mədəniyyəti və səhnə danışığı

17.01.2024

17 yanvar 2024-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gənclər evində “Nitq mədəniyyəti və səhnə danışığı” mövzusunda təlim keçirilib.

 Ağstafa rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri, aparıcı, diksiya mütəxəssisi Oruc Mansırovun iştirakı ilə keçirilən təlimdə gənc könüllülər iştirak edib. 

  Təlimdə doğru nitq üçün düzgün nəfəsalma qaydaları, səs tellərinin dolğunlaşması, ağız tənbəlliyinin aradan qaldırılması, doğru intonasiya yolları, söz bazasını artırmaq, nitqi təmizləmək, auditoriya qarşısında çıxış, bədən dili, səlis və axıcı nitq mövzularında master- klass təlim keçirilib. Müntəzəm olaraq təşkil olunan təlimin keçirilməsində əsas məqsəd gənclərdə səhnə mədəniyyətinin formalaşmasından ibarətdir.

 Təlimdə İştirakçıları maraqlandıran suallar cavablandırılıb.