Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan xalqının milli müstəqillik mübarizəsinin başlanğıcı

19.01.2024

19 yanvar 2024-cü il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq “Azərbaycan xalqının milli müstəqillik mübarizəsinin başlanğıcı” adlı tədbir keçirib. Tədbirdə bir qrup tələbə, kitabxana əməkdaşları iştirak edib. İlk öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verən Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şöbə müdiri XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisəsi, xalqımızı qəlbən sarsıtmış bu faciənin baş vermə səbəbləri haqqında ətraflı məlumat verib. 

Tədbirdə “Qanları ilə azadlıq tarixi yazanlar” adlı videoçarx nümayiş olunub.

Tədbir iştirakçıları olan tələbələr 20 Yanvar Şəhidlərinin qəhrəmanlığının gənclər üçün örnək olduğunu söyləyib, ölkəmizin milli azadlıq və istiqlalı uğrunda yaşayaraq Vətən naminə hər an canlarından belə keçməyə hazır olduqlarını qeyd edib, Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Eyni zamanda, 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar – Xalqın azadlığını və ləyaqətini ucaldan tarix” adlı sərgi və foto-stend nümayiş olunub, Uşaq şöbəsində ədəbi kompozisiya keçirilib.