25.12.2023
Dekabrın 25-də Tovuz rayon Mərkəzi kitabxananın və Tovuz Regional Asan xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev milli həmrəyliyimizin banisidir" mövzusunda dəyirmi masa keçirilib.
Çıxış edənlər qarşıdan gələn "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə tədbir iştirakçılarını təbrik edib onlara öz arzularını çatdırıblar. Qeyd olunub ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən böyük sevinc və iftixarla qeyd olunur.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab sərgisinə baxış olub.