27.12.2023
27 dekabr 2023-cü il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Şöbə müdiri Fatma Hüseynova görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin zəngin irsi, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü böyük işlər, qurduğu dövlətçilik ənənələri haqqında ətraflı məlumat verib, Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edib. 29 dekabr 1998-ci il tarixli 6 fəsil, 34 maddədən ibarət olan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun Ümummilli Lider Heydər Əliyevin imzası ilə kitabxana işi haqqında ən dəyərli sənəd olduğunu bildirib.
Kitabxananın şöbə müdiri Bəsdi Məmmədova Azərbaycan tarixinin yeni parlaq səhifəsini yazan dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımızın mənəvi sərvəti olan kitabxana işinə böyük qayğı və məhəbbətini əks etdirən “Kitabxana işi haqqında” Qanunun əsas istiqamətləri haqqında ətraflı məlumat verib. Çıxış edən tələbələr, BDU-nun məzunları kitabxananın bir elm məbədi olduğunu, oxucuların, ümumilikdə cəmiyyətin mənəvi hisslərinin zənginləşməsi, intellektual və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.