15.01.2024
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi
15 yanvar 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhid Əhmədov Elvin Qələndər oğlunun ailəsini ziyarət edib.
MKS-nin direktoru Fəridə Xudiyeva və əməkdaşları 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn gizir Əhmədov Elvin Qələndər oğlunun doğum günü ilə əlaqədar olaraq məzarını ziyarət edib, ailəsinə baş sağlığı veriblər.
Təranə anaya təsəlli verilib, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Elvin kimi qəhrəman Vətən oğullarının xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, Şəhidlərimizin qəlbimizdə əbədi yaşayacağını söyləyiblər. Cənnətdəki doğum günün mübarək, Ruhun şad olsun, Şəhidim!