07.11.2023
07 noyabr 2023- cü il tarixində Gədəbəy rayon MM - in təşkilatçılığı ilə Gədəbəy şəhərində açıq havada "8 Noyabr - Zəfər Günü" münasibəti ilə çox möhtəşəm tədbir keçirildi. Tədbirdə Şəhid ailələri, Qazilər, Gədəbəy RİH- nin başçısı və əməkdaşları, Gədəbəy rayon hüquq və mühafizə işçiləri, İdarə və təşkilat rəhbərləri və əməkdaşları, Gədəbəy rayon üzrə bütün mədəniyyət əməkdaşları, məktəblilər və sakinlər iştirak etdilər. Tədbir ilk öncə Şəhidlərin Əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra çıxış edən Gədəbəy RİH- nin başçısı Orxan Mürsəlov çıxış edərək Ali Baş Komandanın, Azərbaycan Ordusunun və Əsgərinin keçdiyi Zəfər Yolundan söz açdı.
Tədbir Gədəbəy musiqiçilərinin ifaları ilə davam etdi.