06.11.2023
06 noyabr 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Azad ölkənin Şanlı Bayrağı” adlı tədbir təşkil edib. Bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə Vətənimizin azadlığı, ərazi bütövlüyü, müqəddəs Bayrağımız uğrunda canlarını qurban verən Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şöbə müdiri Fatma Hüseynova dövlət rəmzlərindən biri olan Bayrağımızın təsis edilməsi tarixi haqqında ətraflı məlumat verib, bu gün azad olunmuş bütün torpaqlarımızda, xüsusilə, Xankəndi şəhərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə “Dəmir Yumruq” abidəsinin ucaldığını, üçrəngli şanlı Bayrağımızın şərəflə dalğalandığını bildirib.
Tədbirdə Azərbaycanın üçrəngli Bayrağının rəsmi dövlət rəmzi kimi tanınması, yaradılması tarixini əks etdirən videoçarx nümayiş olunub, mülahizələr bildirilib, şeirlər söylənilib.
Həmçinin, Mərkəzi kitabxananın uşaq şöbəsi “Azad ölkənin Şanlı Bayrağı” adlı şeir saatı keçirib.