06.11.2023
06.11.2023-cü il tarixində, Tovuz Dövlət Rəsm Qalereyasında 9 noyabr Bayraq Gününə həsr olunmuş "Bayrağımız kimliyimizdir" adlı, rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirildi. Uşaqların çəkdikləri rəsmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Uşaqlar çox böyük həvəslə çəkdikləri rəsmlər haqqında iştirakçılara məlumat verdilər.