Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Tarix yazan qəhrəmanlarımız” mövzusunda tədbir keçirilib

06.11.2023

06 noyabr 2023-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Kitabxananın və Aşıq Sənəti Dövlət Muzeyinin də birgə təçkilatçılığı ilə 8noyabr Zəfər Günü münasibəti ilə "Tarix yazan qəhrəmanlarımız" mövzusunda şəhid ailələri ilə görüş təşkil edilmişdir. Görüşdə çıxış edənlər 44 gündə tarix yazan Azərbaycan Ordusunun gücündən və qüdrətindən, şəhidlərimizin müharibədə göstərdiyi qəhrəmanlıqlardan söz açdılar. Bir daha bəyan etdilərki, harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı qalib ölkənin vətəndaşı olması ilə qürur duyur.Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq deyə söylədilər.