06.11.2023
06 noyabr 2023- cü il tarixində Qazax Tarix Diyarşünaslıq Muzeyində 9 Noyabr Bayraq Günü münasibətilə "Bayrağımız - Milli Qürur Mənbəyimizdir" adlı tədbir keçirilib.
Tədbirdə Qazax şəhər Aslanbəyli kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Əvvəlcə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Gülnaz Alişanova
Üçrəngli bayrağımızın Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdiyini söyləyib.
Daha sonra tədbirdə çıxış edənlər Azərbaycanın üçrəngli bayrağının tarixindən danışıb, 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyə qovuşduqdan sonra rəsmi dövlət atributu elan edildiyini diqqətə çatdıriblar. Qeyd edilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur.
Tədbir məktəblilərin təqdimatında şeir və mahnılar ilə başa çatıb.