Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Günü - milli qürur və şərəf tariximizdir

04.11.2023

04 noyabr 2023- cü il tarixində Qazax Tarix Diyarşünaslıq Muzeyində 8 Noyabr Zəfər Günü münasibətilə "Zəfər Günü - milli qürur və şərəf tariximizdir" adlı tədbir keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri iştirak ediblər. 

Əvvəlcə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri muzeyin bələdçisi 

Arzu Alıyeva açaraq, 8Noyabr - Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək bildirib ki, qətiyyətli Ali Baş Komandanın rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli ordumuzun qəhramanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından üç il ötür. Bu gün ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edilib. Sentyabr ayının 19-da keçirilən bir günlük antiterror tədbirləri ilə Qarabağda separatizmin kökü kəsilib və artıq üçrəngli bayrağmız Xankəndidə dalğalanır.

Möhtəşəm Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaradan ölkəmiz yeni bir mərhələyə qədəm qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Dövlətimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış strategiyasını həyata keçirmək üçün davamlı tədbirlər görülür.