03.11.2023
3 noyabr 2023-cü il tarixində MİHİ Qazax rayon Komitəsinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bir qrup mədəniyyət işçiləri Qazax rayonunun Dəmirçilər kəndində 44 günlük Vətən müharibəsinin iştirakçıları,bir ailənin 2 üzvü,Qazi
qardaşlar-Cəfərov Oruc və onun qardaşı Cəfərov Fuad Füzuli oğullarını ziyarət etdilər.
Qazi qardaşlar keçdikləri döyüş yolundan söhbət açaraq onları ziyarət edənlərə öz təşəkkürlərini bildirdilər.