03.11.2023
3 noyabr 2023 -cü il tarixində Tovuz Rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbində 8 Noyabr Zəfər günü və 9 Noyabr Dövlət bayrağı günü münasibətilə "Tariximizin Zəfər adlı səhifəsi" başlıqlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məhəmməd Hüseynov açaraq bildirdi ki,indi biz böyük iftixar,sonsuz qürur hissi ilə həm Zəfər gününü həmdə Dövlət Bayrağı gününü qeyd edirik.Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarımızda dalğalanmasını təmin etməklə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəziyyətinidə yerinə yetirdi,onun ideallarına sadiqliyini bir daha nümayiş etdirdi.
Məktəbin müəllimi Kamandar Tağıyevdə çıxış edərək 8 Noyabr Zəfər gününü və 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə kollektivi təbrik etdi.Və Əlavə etdi ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər xalqımızın gələcək tarixində hər zaman qəhrəmanlıq, rəşadət bayramı kimi qeyd olunacaq.Bayrağımız daim yüksəklərdə dalğalanacaq və qələbə daim bizimlə olacaq !
Sonda məktəbin müəllim və şagirdləri musiqi proqramı ilə çıxış etdilər.