Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Zəfərin zirvəsində

03.11.2023

3 noyabr 2023-cü il tarixində Qazax rayon M. P. Vaqif və M. V. Vidadinin Xatirə Muzeyində 8 noyabr Zəfər günü ilə əlaqədar olaraq "Azərbaycan Zəfərin zirvəsində" adlı tədbir keçirildi. Tədbirdə Ş.Çobanov adına Ağköynək kənd orta məktəbin 6 b sinif şagirdləri iştirak ediblər. Muzeyin direktoru Məhruzə Hüseynova tədbirdə qeyd etmişdir ki, 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Sonra uşaqlar qələbə günü haqqında yazılmış şeirlər söylədilər.