Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfərin mübarək, Azərbaycan!

03.11.2023

03 noyabr 2023-cü il tarixində YAP Ağstafa rayon təşkilatı və Qazax -Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər gününün 3-cü ildönümü münasibətilə "Zəfərin mübarək, Azərbaycan" başlığı altında tədbir təşkil edildi. Ulu öndərin və ərazi bütovülyümüz uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra sonra aparıcı , Mərkəzi kitabxananın əməkdaşı S.Nağıyeva 44 günlük Vətən müharibəsi haqda məlumat verdi, Ağstafa rayon MKS-in direktor müavini çıxış edərək Zəfər günü və 9 Noyabr-Azərbaycan Bayrağı günü münasibətilə iştirakçıları təbrik. etdi. YAP Ağstafa rayon təşkilatının fəalı A.Məmmədli də öz çıxışında Azərbaycan əsgərinin şücaətindən danışdı. Kitabxananın əməkdaşı G.Qədiməliyeva da öz geniş məruzəsində Şuşa qalasının alınmasında Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlığın dünya hərb siyasətində böyük marağa səbəb olmasından danışdı.

Sonda Zəfər gününə aid təşkil edilmiş sərgiyə baxış keçirildi.