Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şanli tarix yazan qəhrəmanlar

03.11.2023

3 Noyabr 2023- cü il tarixdə Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyi və Ağstafa şəhər bir saylı folklor klubu əməkdaşları birlikdə Zəfər bayramı münasibətilə "Şanli tarix yazan qəhrəmanlar" mövzusunda tədbir keçirdilər. Tədbirdə Qıraq Kəsəmən kənd məktəbinin və Aşağı Göycəli kənd tam orta məktəbin müəllimi və şagirdləri iştirak etdilər. Azərbaycanın müstəqilliyi və ərazilərimizin bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Sonra isə çıxış edən natiqlər Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin igidliyindən, 44 günlük Vətən müharibəsindən, böyük qələbəmizdən danısdilar. Eyni zamanda Ağstafa rayon məktəblilərinin muzeyə ekskursiyaları təşkil edildi, tariximizi öyrənirik mövzusunda tarixi dərslər keçirildi.