Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azad, suveren ölkənin sağlam uşaqlarının keşiyində dayanaq

02.11.2023

02 noyabr 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında Ümumdünya Uşaq Hüquqları Günü münasibəti ilə “Azad, suveren ölkənin sağlam uşaqlarının keşiyində dayanaq” adlı maarifləndirici söhbət keçirib.Tədbirdə bir qrup şəhər məktəbliləri, müəllimə və kitabxana əməkdaşları iştirak edib. Kitabxananın əməkdaşı məktəblilərə Ümumdünya Uşaq Hüquqları Gününün mahiyyəti ilə bağlı məlumat verərək qeyd edib ki, demək olar ki, bütün dünyada qəbul olunmuş uşaqların insan hüquqlarını təsdiq edən konvensiya ilə müəyyən olunmuş hüquqlar irqindən, dinindən, mənşəyindən asılı olmayaraq dünyanın hər bir yerində yaşayan, xüsusi müdafiəyə ehtiyacı olan uşaqların əmin-amanlığının təmin olunması, həyat səviyyəsinin yaxşılaşdırılması, inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Ümummilli Lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” qiymətli fikirləri nəzərə çatdırılıb, qeyd olunub ki, Ulu Öndərin bizim üçün və işıqlı gələcəyimiz üçün miras qoyduğu qanunlar bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə uğurla davam etdirilir. 

“Qazax elinin Şəhidləri” adlı adlı foto-stend məktəblilər tərfindən maraqla qarşılanıb, qürur və iftixar hissləri oyadıb. Tədbirin sonunda məktəblilər kitabxanaya üzv yazılıblar, xoş və yaddaqalan gün üçün təşəkkürlərini bildiriblər.

Həmçinin, Mərkəzi kitabxananın uşaq şöbəsi “Azad, suveren ölkənin sağlam uşaqlarının keşiyində dayanaq” adlı maarifləndirici söhbət keçirib. Kitabxananın əməkdaşı məktəblilərə uşaq hüquqlarının müdafiəsi ilə bağlı məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi altında uşaqlara göstərilən qayğının daim diqqət mərkəzində saxlandığını qeyd edib.