Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və kitab mədəniyyəti

02.11.2023

Noyabrın 2-də Tovuz rayon Mərkəzi kitabxanası Tovuz Regional "Asan xidmət" Mərkəzində "Heydər Əliyev ili" ilə əlaqədar "Heydər Əliyev və kitab mədəniyyəti" mövzusunda gənclərlə görüş və səyyar kitab sərgisi təşkil edib. Görüşdə Gəncə 1 saylı "Asan xidmət" mərkəzinin və Tovuz regional "Asan xidmət" mərkəzinin gənc könüllüləri iştirak ediblər.

Görüşdə iştirak edən gənclər əvvəlcə sərgilənən kitablarla tanış olublar. Sonra iştirakçılar dəyirmi masa ətrafında Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan, kitaba, mütaliəyə olan marağından söhbət açıblar.