31.10.2023
31 oktyabr 2023-cü il tarixdə Mədəniyyət Mərkəzinin akt zalında E. Hüseynov adına Mərkəzi kitabxana 8 noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər Günün mübarək, Azərbaycan!” adlı tədbir keçirib. Tədbirdə 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bir qrup Şəhid ailəsi, Qazilər, müharibə iştirakçıları MİHİ Qazax rayon Komitəsinin sədri, məktəblilər və kitabxana əməkdaşları iştirak edib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Vətən torpaqlarının azadlığı uğrunda qurban gedən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Fəridə Xudiyeva Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi altında, Ordumuzun gücü, qüdrəti sayəsində qazanılan şanlı Qələbəmiz, Zəfər Günü münasibəti ilə xalqımızı və tədbir iştirakçılarını təbrik edib,torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xalqın yaddaşında daim əbədi yaşayacağını, xalqımızın və Prezidentin daim Şəhid ailələrini, Qaziləri sonsuz qayğı və diqqət mərkəzində saxladığını qeyd edib.
MİHİ Qazax rayon Komitəsinin sədri və digər çıxış edənlər Ordumuzun qətiyyətli mübarizəsi ilə qazanılan misilsiz Qələbənin ölkəmiz üçün müstəsna əhəmiyyəti olduğunu, hünər savaşında şirin canlarından keçən Şəhidlərimizin, öz sağlamlıqlarını torpaqlarımızın ərazi bütövlüyü uğrunda itirən Qazilərimizin, Vətən müharibəsi iştirakçılarının misilsiz şücaəti sayəsindəbu gün azad olunmuş bütün torpaqlarımızda, xüsusilə Xankəndi şəhərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə “Dəmir Yumruq” abidəsinin ucaldığını, üçrəngli şanlı Bayrağımızın dalğalandığını bildiriblər.
44 günlük Vətən müharibəsində igidlik göstərərək Şəhid olan həmyerlilərimizə həsr olunmuş “Qazax elinin Şəhidləri” adlı foto-stend xüsusi olaraq izlənilib, qürur və iftixar hissləri oyadıb. Məktəblilərin söylədikləri Zəfərə, Vətənə həsr olunmuş şeirlər, qəhrəmanlığa səsləyən saz havaları xüsusi alqışlanıb.
Şəhidlərin əziz xatirəsinə həsr olunmuş belə tədbirlərin keçirilməsini, hədiyyələrlə övladalarının könlünün ovundurulmasını yaralarına məlhəm hesab edən Şəhid ailələri MİHİ-nin sədrinə və kitabxana əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər. Xatirə şəkilləri çəkilib, tədbir çay süfrəsi arxasında davam edib.