31.10.2023
31 oktyabr 2023-cü il tarixində, Tovuz Dövlət Rəsm Qalereyasında rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət "Güclü Ölkənin Qalib Xalqı" adlı rəsm sərgisi keçirildi. Sərgidə Qalereyanın, Nizami adına Abulbəyli kənd folklor evinin və Tovuz rayon 3 nömrəli şəhər kulubunun əməkdaşları iştirak etdi. Uşaqların çəkdikləri rəsmlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.