30.10.2023
Qazax – Tovuz Regional Mədəniyyət İdarəsi
Qazax rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin təşkilatçılığı ilə Qazax rayon MKS-nin əməkdaşları Ağköynək kənd sakini 44 günlük Vətən Müharibəsi və Azərbaycan Ordusununn həyata keçirdiyi “antiterror əməliyyatı” iştirakçısı, kitabxananın xadiməsi Vəliyeva Kamilə Abbas qızının övladı Musayev Orxan Ramiz oğlunun ailəsini ziyarət etdilər.
30 oktyabr 2023 - ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin təşkilatçılığı ilə Qazax rayon MKS-nin əməkdaşları Ağköynək kənd sakini 44 günlük Vətən Müharibəsi və Azərbaycan Ordusununn həyata keçirdiyi “antiterror əməliyyatı” iştirakçısı, kitabxananın xadiməsi Vəliyeva Kamilə Abbas qızının övladı Musayev Orxan Ramiz oğlunun ailəsini ziyarət ediblər. Vətənpərvərliyi ilə seçilən Orxan Musayev 2020-ci il sentyabr ayının 27-də könüllü olaraq hərbi xidmətə yollanıb, Füzuli istiqamətində topraqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanmışdır. Dövlətimiz tərəfindən 44 günlük Vətən Müharibəsinin Qazisi Musayev Orxan Ramiz oğlununəməyi yüksək qiymətləndirilərək “Qüsursuz xidmətə görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqə çəkən “Antiterror əməliyyatı” zamanı ayağından və gözündən güllə yaraları almış Qazi Orxan Musayev ona göstərilən Dövlət qayğısından razılıq edərək ziyarət edənlərə göstərdikləri maddi və mənəvi dəstəyə görə təşəkkür edib, Qələbənin qazanılmasında, ərazi bötüvlüyümüzün bərpasında özünün də payı olduğu üçün qürur hissi keçirdiyini bildirib.