30.10.2023
30 oktyabr 2023-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz Peşə Liseyində təhsil alan müxtəlif ixtisas qruplarının tələbələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda intellektual yarış keçirilib.
Bilik yarışmasında Tovuz Peşə Liseyinin 8 komandası iştirak edib. Yarışmada "Qələbə" komandası 1-ci, "Qarabağ" komandası 2-ci, "Şuşa Fatehi" komandası 3-cü yerlərə layiq görülüb.
Qalib komandalara diplomlar təqdim olunub.