Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq

26.10.2023

26 oktyabr 2023-cü il tarixində Qazax Tarix Diyarşünaslıq Muzeyində Narkomanıya ilə mübarizəyə həsr olunmuş "Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq" adlı tədbir keçirilib.

Tədbirdə Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri iştirak ediblər. Muzeyin direktoru Gülnaz Alişanova tədbiri açaraq bildirib ki, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya cəmiyyətin mənəvi əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla yanaşı, həm də sosial inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır.