24.10.2023
24 oktyabr 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində “Mədəniyyətimiz 20 ildə” mövzusunda tədbir keçirildi. Tədbir Dövlət Himnimizin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə əsası Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdən etibarən mədəniyyət sahəsinə xüsusi diqqət və qayğını özündə əks etdirən geniş videoçarx nümayış olundu.
Daha sonra Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Tovuz şəhər Əsəd Rzayev adına musiqi məktəbinin saz sinfinin şagirdləri, Ağstafa Gənclər evinin gənc könüllüləri, Ağstafa şəhər 3 saylı tam orta məktəbin şagirdləri və azyaşlıların təqdimatında musiqi nömrələri, rəqs nümunələri, səhnəciklər təqdim olundu, şeirlər səsləndirildi.