Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycan tarixi

25.10.2023

25 oktyabr 2023- cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzində rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda təşkil edilmiş viktorinaların yekun mərhələsi keçirildi. Yeniyetmə və gənclər arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin və müasir Azərbaycan tarixinin daha geniş təbliğ edilməsi məqsədi daşıyan viktorinaların yekun mərhələsinə Ulu öndərin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra “Heydər Əliyev və Azərbaycan tarixi” adlı videoçarx nümayiş etdirildi. Tədbirdə Qazax Rayon Təhsil Sektorunun metodisti Məhəmməd Cəfərov, tarix müəllimləri, şagirdlər və valideyinlər iştirak etdilər. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Ulu öndərin həyat və siyasi fəaliyyəti, “Heydər Əliyev İli” haqqında məlumat verdikdən sonra viktorinaların təşkil edilməsinin əsas məqsədindən danışdı və bildirdi ki, rayon orta ümumtəhsil məktəblərini əhatə edən viktorinalarda şagirdlərə Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda açıq tipli 25 sual təqdim edildi və sualları ən çox düzgün cavablandıran şagird qalib seçildi. Və yekunda Qazax şəhəri S.Əfəndiyev adına 1 nömrəli orta məktəbin VIII sinif şagirdi Rəşad Nəsibov, Qazax şəhəri S.Vurğun adına 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İnci Səmədli, Qazax şəhəri İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Şayəstə Rzayeva, Qazax şəhəri N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əli Əliyev, Qazax şəhəri M.Hüseyin adına Humanitar və Təbiət fənləri üzrə məktəb- liseyin IX sinif şagirdi Nərmin Məmmədova,Qazax şəhəri Q.Hacımahmudova adına ümumi orta məktəbin VIII sinif şagirdi Fidan Qasımova, Qazax rayonu İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbin VIII Sənubər Qasımova, Qazax rayonu Canallı kənd tam orta məktəbin IX sinif şagirdi Sevgi Məmmədli, Qazax rayonu A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin X sinif şagirdi Hənifə Məmmədli, Qazax rayonu Aslanbəyli kənd tam orta məktəbin IX sinif şagirdi Şəfiqə Nəsibova suallara ən çox düz cavabları ilə viktorinanın qalibləri oldular və Qazax Rayon Heydər Əliyev Mərkəzinin Fəxri Fərmanlarına layiq görüldülər.