Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alveri və uşaq əməyinin istismarı

12.10.2023

12.10 .2023 - cü il tarixdə Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi İnsan Alverinə Qarşı Mübarizə ilə əlaqədar olaraq Fərman Salmanov adına şəhər tam orta məktəbində “İnsan alveri və uşaq əməyinin istismarı ” başlığı altında maarifləndirici tədbir keçirib.Kitabxanaçı Leyla Məhəmmədli məktəblilərə məlumat verərək bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Tədbir zamanı insan alveri anlayışı, insan alveri ilə mübarizə üsulları, insan alverinin qarşısının alınması və eyni zamanda uşaq əməyinin istismarına dair məktəblilərə ətraflı məlumatlar çatdırılıb. Daha sonra məktəbilərin mövzu ilə bağlı sualları cavablandırılıb.