Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alveri və məcburi əmək

04.05.2023

04.05.2023 - cü il tarixində Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar olaraq “İnsan alveri və məcburi əmək” başlığı altında tədbir keçirilib. Kitabxanaçı Şəbinə Həsənova iştirakçılara məlumat verərək bildirib ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. Hər hansı şəxsin məcburi əməyə cəlb edilməsinə görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Məcburi əmək üçün əsasən kənd təsərrüfatı, ev işlərinin görülməsi, tikinti, mədən sənayesi, kərpic və daş istehsalı, emal və qablaşdırma və digər sahələr riskli hesab olunur. Mövzuya aid videoçarx izlənilib. “İnsan alverinə yox deyək!” adlı sərgiyə baxış keçirilib.