Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon MKS-də “İnsan alverinə yox deyək! ” mövzusunda tədbir keçirilib

11.05.2023

11.05.2023 - cü il tarixində Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi İnsan Alverinə Qarşı Mübarizə ilə əlaqədar olaraq “ İnsan alverinə yox deyək! ” başlığı altında tədbir keçirib.Kitabxanaçı Leyla Məhəmmədli çıxış edərək bu sahədə maarifləndirmə işinin əhəmiyyətini və “insan alverinin insanlığa qarşı cinayət” olduğunu qeyd edib.O həmçinin, insan alverinin nə demək olduğu, yeniyetmələrin və valideynlərin diqqət yetirmələri lazım olduğu məqamlar, risk qrupuna daxilolma amilləri, kimlər vasitəsilə insan alveri qurbanına çevrildiyimiz, həmin insanların öz qurbanlarının sayını artırmaq üçün hansı üsullardan istifadə etdikləri barədə ətraflı məlumat verib.Tədbir qarşılıqlı müzakirə şəklində davam edib.