27.12.2023
27 dekabr 2023-cu il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Kitabxananın Tovuz Peşə Liseyinin və Tarix- Diyarşünaslıq Muzeyinin də birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı "Milli Həmrəylik Ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir" mövzusunda gənclərin və tələbələrin də iştirakı ilə tədbir təşkil edilmişdir.
Tədbirdə çıxış edənlər bildirdilər ki, 31dekabr tarixinin rəsmiləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi birliyi oldu deyə söylədilər.
Daha sonra gənclər öz şeir və musiqiləri ilə tədbirə rəngarəng ovqat qatdılar.