Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alveri bəşəri faciədir

28.12.2023

28 dekabr 2023- cü il tarixdə Qazax Tarix Diyarşünaslıq Muzeyində İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə "İnsan alveri bəşəri faciədir" adlı də dəyirmi masa keçirilib.

Tədbirdə Qazax şəhər Dəmirçilər kənd tam orta məktəbin müəllim və şəgirdləri iştirak ediblər. Muzeyin bələdçisi Arzu Alıyeva ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyətindən, son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsindən, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazasının yaradılmasından, 

insan alveri potensiallarının müəyyən edilməsi və onların maarifləndirilməsinin, eyni zamanda insan alverinə qarşı mübarizənin davamlılığının təmin olunmasının vacibliyindən, insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılması, maarifləndirmə işlərinin aparılmasında beynəlxalq və yerli təcrübədən düzgün istifadə olunmasından ətraflı bəhs edib.

Sonda mövzu ətrafında müzakirələr aparıldı.