20.11.2023
Qazax şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində "20 oktyabr 20 noyabr Uşaq hüquqları aylığı" çərçivəsində şagirdlərin iştirakı ilə “Uşaqların zərərli informasiyadan qorunması" adlı maarifləndirici təlim keçirilib.
Təlimdə uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri haqqında, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barəsində ətraflı məlumatlar diqqətə çatdırılıb.