20.11.2023
Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədi ilə 20 noyabr-Ağdam Şəhəri Günü münasibətilə Fərman Salmanov adına şəhər tam orta məktəbində 20.11.2023 - cü il tarixində “Ağdam, qayıdışın mübarək! ” başlığı altında tədbir təşkil edib.Kitabxananın əməkdaşı Leyla Məhəmmədli məlumat verərək bildirib ki, Ağdam şəhərinin erməni işğalçılarından azad olunmasından 3 il ötür. Ağdam erməni vandallığına ən çox məruz qalan şəhərdir. Buna görə Ağdamı Qafqazın Xirosiması adlandırırlar. Biz Ağdamı Azərbaycanın ən abad və dilbər guşələrindən birinə çevirəcəyik. 200 minə yaxın insan öz doğma yurduna qayıdacaq, şəhər yenidən canlanacaq. Tədbir diskussiya şəklində sona çatıb.